Opti-Myst canlı alov effekti ətraflı

Texnologiya Opti-Myst

Opti-Myst texnologiyası ilə istehsal olunmuş elektrikli kaminlərin unikallığı alov görüntüsünün reallığındadır. Həqiqi alovun təsirini artırmaq Opti-Myst texnologiyası sayəsində nəhayət mümkün oldu. Elektrikli kaminin real alovu istənilən eksterierdə əla görünür. Rahatlıq istəyirsinizsə və hətta isti yay aylarında belə gecni romantik bir kamin qarşısında keçirmək istəyirsinizsə bu artıq heç də məntiqsiz deyil. Çünki real alov görüntüsü istilik olmadan vəya qızdırıcı işləmədən də mümkündür. Bir çox insan yanan alov mənzərəsinin rahatlamağa kömək edəcəyini bilir, buna görə də niyə axı hər gün alova baxıb ruhumuzu və beynimizi dinləndirməyək? Opti-Myst elektrik kamin modelləri bir sıra üstünlüklərə malikdir. Opti-Myst elektrik kaminlərinin quraşdırılması da olduqca asandır. Yanma, tüstü yoxdur – elektrikli kamin tamamilə təhlükəsizdir və sağlamlığınıza heç bir ziyanı yoxdur. Opti-Myst alovunun unikallığı onun 100% realizmindədir: alov effektini yaratmaq üçün quraşdırılmış ultrasəs buxar generatoru istifadə olunur. Su, buxar generatorunun altında rahatlıqla çıxarılan və yenidən yerləşdiriləbilən xüsusi bir tanka tökülür. Buxar bölmələri xüsusi bir filtrə malik hallogen lampalarla işıqlandırılır. Arxa işıq buxar generatorundan çıxan buxarın daha parlaq və od kimi qəbul edilməsinə kömək edəcək şəkildə tərtib edilib və istənilən halda bu sayədə buxarın yuxarı hissəsi tüstü kimi görünür.


Texnologiyanın Üstünlükləri

  • Opti-Myst elektikli kaminləri tamamilə təhlükəsizdir. Uşaqlar və ya heyvanlar üçün narahat olmağa ehtiyyat yoxdur - elektrikli kamini, odunlu vəya qazlı kamindən fərqləndirən əsas təhlükəsizlik funksiyası da məhz budur.
  • Bu telxnologiya vasitəsi ilə elektrikli kaminlərdə alov intensivliyini tənzimləmək və otaqda müəyyən bir temperatur yaxalamaq mümkündür.
  • Elektrikli kaminlər qətiyyən tüstü çıxarmır.Elektro kaminləri vaxtaşırı odun və ya yanacaqla təmin etməyə ehtiyyac yoxdur - cihazı yalnız elektrik yuvasına bağlayın. Seçiminiz elektrikli kamindirsə, bu halda bacanı təmizləmək, kül çıxartmaq və odun yığmaq kimi bir dərdiniz də qalmayacaq.
  • Alov effekti istiliyi işə salmadan açıla bilər. Təsəvvür edin elektrikli kaminlə siz artıq - ilin istənilən vaxtında odun yandırmaqdan zövq alabilərsiniz!
  • Elektrikli kaminin asanlıqla yerini də dəyişəbilərsiniz.
  • Elektrikli kamininiz varsa hansısa sənədlər, lisenziyalar və divarların dəyişdirilməsi barəsində narahatlığa əsas yoxdur – elektrikli kamin, odunlu kaminlərdən fərqli olaraq tamamilə təhlükəsizdir və quraşdırmaq asandır.

Opti-Myst



Vİdeo



Əlaqə Dimplex şirkətinin Azərbaycandakı rəsmi distributoru



Azadlıq pr. 140/33
Bakı | Azərbaycan
  • © Dimplex elektrikli kaminləri, 2020  
  • Bütün hüquqlar qorunur